Türkiyə klubu Useyn Boltla danışıqlar aparır

Türkiyə klubu Useyn Boltla danışıqlar aparır Bakı. 22 noyabr. REPORT.AZ/ Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.
Futbol
22 Noyabr , 2018 13:22
Türkiyə klubu Useyn Boltla danışıqlar aparır

Bakı. 22 noyabr. REPORT.AZ/ Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.  

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən "Sivasspor" klubu 32 yaşlı idmançını heyətinə qatmağı planlaşdırır. Hazırda klub Boltla danışıqlar aparır. 

Qeyd edək ki, Useyn Bolt Avstraliyanın "Sentral Kost Mariners" futbol klubunun düşərgəsində yer alsa da, müqavilə şərtləri ilə razılaşmayıb və komandadan ayrılıb. Onunla Dieqo Maradonanın baş məşqçilik etdiyi "Dorados de Sinaloa" klubunun da yaxından maraqlandığı iddia olunur.  Məşhur atlet daha öncə Maltanın "Valletta” klubunun da təklifini rədd edib.

Son xəbərlər

Orphus sistemi