Useyn Bolt Malta klubunun təklifini qəbul etməyib
Futbol
- 17 oktyabr, 2018
- 14:30
Bakı. 17 oktyabr. REPORT.AZ/ Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Maltanın “Valletta” futbol klubunun 2 illik müqavilə təklifini qəbul etməyib.
“Report” xəbər verir ki, bu barədə 32 yaşlı yamaykalı idmançının agenti Riki Simms ESPN telekanalına bildirib.
O, çox sayda təklif aldıqlarını deyib: “Useynə çox sayda klub maraq göstərir, biz davamlı olaraq təkliflər alırıq. Təsdiq edə bilərəm ki, o, karyerasını Maltada davam etdirmək istəmir”.
Qeyd edək ki, Bolt bu ilin avqustunda Avstraliyanın “Sentral Kost Mariners” klubunda debüt edib və dörd gün öncə yoldaşlıq matçında futbolçu karyerasında ilk qollarını vurub. O, hələ hazırkı klubu ilə peşəkar müqavilə bağlamayıb.
Son xəbərlər
00:06
Foto
Gəncədə avtomobillə motosiklet toqquşub, ölən var
Hadisə00:00
DÇ-2026: İngiltərə - Qana oyunu start götürüb
Futbol23:57
Foto
Serbiyada Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan rəsmi qəbul keçirilib
Xarici siyasət23:52
İran ilə Pakistan regional təhlükəsizlik çərçivəsi qura bilər
Region23:41
Kriştianu Ronaldu Portuqaliya - Özbəkistan matçının ən yaxşı oyunçusu olub
Futbol23:39
Foto
Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib
Fərdi23:32
Makron: İsrail qoşunlarını Livandan çıxarmağa başlamalıdır
Digər ölkələr23:31
Video
Məleykə Abbaszadə: Magistraturaya hərbi xidməti təxirə salmaq üçün qəbul olunanlar da ola bilər
Elm və təhsil23:19