Useyn Bolt Maradonanın baş məşqçilik etdiyi komandada çıxış edə bilər

Useyn Bolt Maradonanın baş məşqçilik etdiyi komandada çıxış edə bilər Bakı. 21 noyabr. REPORT.AZ/ Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt futbolçu karyerasını Meksikada davam etdirə bilər.
Futbol
21 Noyabr , 2018 16:31
Useyn Bolt Maradonanın baş məşqçilik etdiyi komandada çıxış edə bilər

Bakı. 21 noyabr. REPORT.AZ/ Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt futbolçu karyerasını Meksikada davam etdirə bilər. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın baş məşqçilik etdiyi "Dorados de Sinaloa" klubu 32 yaşlı idmançı ilə müqavilə imzalamağa hazırdır. 

Qeyd edək ki, Useyn Bolt Avstraliyanın "Sentral Kost Mariners" futbol klubunun düşərgəsində yer alsa da, müqavilə şərtləri ilə razılaşmayıb və komandadan ayrılıb.  O daha öncə Maltanın "Valletta” klubunun da təklifini rədd edib.

Son xəbərlər

Orphus sistemi