Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın prezidentini növbəti dəfə cəzalandırıb

Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın prezidentini növbəti dəfə cəzalandırıb Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası Qalatasaray klubunun prezidenti Mustafa Cengizi növbəti dəfə cəzalandırıb.
Futbol
22 Noyabr , 2018 18:35
Türkiyə Futbol Federasiyası Qalatasarayın prezidentini növbəti dəfə cəzalandırıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası "Qalatasaray" klubunun prezidenti Mustafa Cengizi növbəti dəfə cəzalandırıb.

"Report" Federasiyanın saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti daha 45 gün hüquqlarından məhrum edilib. 

O həmçinin 30 min lirə məbləğində cərimələnib. Buna səbəb kimi M.Cengizin klubun rəsmi saytına idmana yaraşmayan açıqlamalar verməsi göstərilib.

"Qalatasaray" klubu isə qeyri-etik açıqlamalar yayması səbəbindən 100 min lirə ödəməli olacaq. Federasiya bundan əvvəl kluba eyni səbəbə görə 135 min lirə məbləğində pul cəzası kəsib. 

Qeyd edək ki, M.Cengiz daha öncə Federasiya tərəfindən 60 gün hüquqlarından məhrum edilib və 40 min lirəlik cərimə olunub. Bununla da onun cəzası 105 günə çatıb. 

Son xəbərlər

Orphus sistemi