Bir çox klublar "Turan Tovuz"un Kürdəxanıdakı təlim-məşq bazasından faydalanacaq, bura onların istismarına veriləcək.
"Report" xəbər verir ki, bunu adıçəkilən məkanın açılışından sonra jurnalistlərə açıqlamasında klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
O, bu addımın klubun gələcəyi baxımından önəmli olduğunu söyləyib:
"Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir. İki meydan və otel kompleksi nəzərdə tutlub. Həmçinin bu ilin yayında Tovuzda meydançaların salınmasına başlayacağıq".
Klub rəhbəri Tovuz şəhər stadionunun örtüyünün daxili imkanlar hesabına dəyişdiriləcəyini vurğulayıb:
"Tovuzdakı stadionun örtüyünü təbii edəcəyik. Bu, şəxsi vəsaitimiz hesabına olacaq. Dəstək üçün müraciət etmişdik. AFFA-nın görüləcək işləri çoxdur. Starteji planlar açıqlandıqdan sonra bizə heç nə deyilmədi. Ona görə də daxili imkanlar hesabına bu işi görəcəyik".
Foto: Məhəmməd Ağayev

