"Turan Tovuz"un azarkeşi vurmağa cəhd edən futbolçusu cəzalandırılıb

"Turan Tovuz"un azarkeşi vurmağa cəhd edən futbolçusu cəzalandırılıb "Turan Tovuz"un azarkeşi vurmağa cəhd edən futbolçusu Veysəl Rzayev 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb.
Futbol
8 aprel 2025 12:22
Turan Tovuzun azarkeşi vurmağa cəhd edən futbolçusu cəzalandırılıb

Misli Premyer Liqasının XXIX turunda, “Səbail”lə matçda azarkeşi vurmağa cəhd edən "Turan Tovuz"un futbolçusu Veysəl Rzayev biri şərti olmaqla 2 oyunluq cəzalandırılıb.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Futbolçunun intizamsızlığına görə Tovuz təmsilçisi 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin olunub.

“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra Gəncə klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Buna görə qonaq komanda 1500 manat ziyana düşüb.

“Araz-Naxçıvan” – “Sumqayıt” matçında isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Sumqayıt təmsilçisi 1000 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi