"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
  • 29 avqust, 2022
  • 10:34
Turan Tovuz nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

"Turan Tovuz" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

"Report" Tovuz təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, nigeriyalı Henri Okebuqvu ilə 1 illik müqavilə imzalanıb.

24 yaşlı yarımmüdafiəçi Albaniyanın “Eqnatiya”, “Partizani” və “Kastrioti” klublarında çıxış edib.

Qeyd edək ki, Henri Okebuqvu Nigeriyanın aşağı yaş qrupları üzrə milli komandalarının da formasını geyinib.