"Turan Tovuz" klubu 3500 manat cərimələnib, məşqçi Ruslan Abışov cəzalanıb
Futbol
- 05 fevral, 2025
- 08:46
AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 3500 manat cərimələyib.
"Report"un məlumatına görə, bölgə təmsilçisi Misli Premyer Liqasının XXI turunda evdə "Səbail"lə oyunda (1:1) yaşananlara görə ziyana düşüb.
Sözügedən qarşılaşmada komandanın birbaşa qırmızı vərəqə alan futbolçusu Kauan Martins bir matçlıq cəzalanıb, kluba 1000 manat cərimə tətbiq olunub.
İlk hissənin sonunda meydan sahiblərinin məşqçisi Ruslan Abışov hakimin qərarına etiraza görə qırmızı vərəqə görüb. Mütəxəssisə biri şərti olmaqla 2 oyunluq cəza kəsilib, klub 1500 manat cərimələnib. Abışova 3 ay sınaq müddəti tətbiq edilib.
Tovuz təmsilçisi həmçinin azarkeşlərin referilərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından əlavə 1000 manat ödəyəcək.
Son xəbərlər
22:46
İranda təhlükəsizlik qüvvələri xəstəxanalara hücum edib
Region22:42
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
Digər ölkələr22:39
Ağsuda minik avtomobili idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var
Hadisə22:35
İsrail və Suriya qısa zamanda təhlükəsizlik üzrə razılaşmaya nail olmağa çalışır
Digər ölkələr22:23
UEFA Çempionlar Liqasının qalibi olan futzalçı 32 yaşında vəfat edib
Futbol22:19
Venesuelanın baş prokuroru ABŞ hakimlərindən Maduronun toxunulmazlığını tanımalarını tələb edib
Digər ölkələr22:04
Tramp: Hindistan Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə azaldıb
Digər ölkələr21:51
Bastrıkinin sinizmi və ya Qroznı üzərindəki buludlarda gizlənən həqiqət
Analitika21:50