Tunis millisi baş məşqçisi ilə yollarını ayırıb

Tunis millisi baş məşqçisi ilə yollarını ayırıb O, yığmadakı missiyasının başa çatdığını söyləyib
Futbol
25 Yanvar , 2024 10:55
Tunis millisi baş məşqçisi ilə yollarını ayırıb

Futbol üzrə Tunis millisi baş məşqçisi Jalel Kadri ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, 52 yaşlı mütəxəssis bu barədə mətbuat konfrasında bildirib.

Kadri Afrika Millətlər Kubokundakı uğursuzluğa görə istefa verib. O, yığmadakı missiyasının başa çatdığını söyləyib.

Qeyd edək ki, Tunis millisi E qrupunu 2 xalla sonuncu pillədə başa vurub. Komanda Kadrinin rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında iştirak edib.

Son xəbərlər

Orphus sistemi