"Trabzonspor"un baş məşqçisi Ramil Şeydayevlə bağlı qərar verib
Futbol
- 06 yanvar, 2017
- 12:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanal komandada yer alan Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə bağlı qərar verib.
"Report"un "haber61.net"ə istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis gənc hücumçunu heyətdə görmək istəmədiyini klub rəhbərliyinə bildirib. Bundan sonra 21 yaşlı hücumçunun icarəyə verilməsi və gələcək çıxışlarının diqqətdə saxlanılması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, hazırda "Trabzonspor"un düşərgəsində kollektivdən ayrı məşq edən Ramil Şeydayevə Türkiyə I Liqasından "Samsunspor" və digər komandalar maraq göstərir. "Bordo-mavililər" təklifləri dəyərləndirdikdən sonra Şeydayevin gələcək taleyi ilə bağlı qərar verəcək.
Son xəbərlər
14:21
Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır
Region
14:19
İndoneziyada 7,2 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
14:17
Foto
Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub
Fərdi
14:06
Yohan Vadeful: "Azərbaycan Almaniya və Avropanın etibarlı və mühüm enerji təchizatçısıdır"
Energetika
14:01
Honkonqdan uçan təyyarə Filippində təcili eniş edib
Digər ölkələr
14:00
Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib
Hadisə
14:00
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək
Fərdi
13:57
ING qrupu: Azərbaycanın büdcə tarazlığı üçün neftin qiyməti 70 dollara yaxın olmalıdır - Eksklüziv
Maliyyə
13:49
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb
Maliyyə