Tovuz şəhər stadionunda inşa olunan əsas korpusun açılışı olub

Tovuz şəhər stadionunda inşa olunan əsas korpusun açılışı olub Tovuz şəhər stadionunda inşa olunan əsas korpus binasının açılış mərasimi keçirilib.
Futbol
28 mart 2025 17:18
Tovuz şəhər stadionunda inşa olunan əsas korpusun açılışı olub

Tovuz şəhər stadionunda inşa olunan əsas korpus binasının açılış mərasimi keçirilib.

"Report"un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev, İdarə Heyəti üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən qərb təmsilçisinin rəhbəri Ehtiram Quliyev Tovuzda futbolun irsi olduğunu bildirib:

"Bölgədə futbolun inkişafı üçün əlimizdən gələni edəcəyik. Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı hər kəsə məlumdur. Xüsusən də bölgələrə olan diqqətindən hamı xəbərdardır. Biz də öz növbəmizdə onun planlarının davamını gətirmək üçün öhdəmizə düşən işləri görməliyik. AFFA-ya yanımızda olduqları və dəstəklərini əsirgəmədikləri üçün öz təşəkkürümüzü bildiririk".

Daha sonra tədbir iştirakçıları inzibatı binanın içərsinə dəvət olunublar. Burada onlara yaradılan şəraitlə bağlı məlumat verilib 

Qeyd olunub ki, binanın ümumi sahəsi 3 min kvadrat metrdən çoxdur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı, məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb. Burada futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tennis, bilyard, videooyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb. Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib.

Orphus sistemi