"Tottenhem" İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalayacaq

"Tottenhem" İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalayacaq Bakı. 28 sentyabr. REPORT.AZ/ İngiltərənin Tottenhem klubu yarımmüdafiəçisi Dele Alli ilə müqavilənin müddətini uzadacaq.
Futbol
28 Sentyabr , 2018 19:45
Tottenhem İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalayacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ İngiltərənin "Tottenhem" klubu yarımmüdafiəçisi Dele Alli ilə müqavilənin müddətini uzadacaq. 

"Report" "Independent"ə istinadən xəbər verir ki, London təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə ilkin razılığa gəlib. 

İngiltərə millisinin də şərəfini qoruyan oyunçunun klubu ilə hazırkı müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. Lakin "Tottenhem" bəzi klubların oyunçunu heyətinə qatmaq istədiyinə görə bu addımı atıb. 

Qeyd edək ki, Dele Alli 2015-ci ildən "Tottenhem"də çıxış edir. O, Premyer Liqada 111 oyuna 38 qol vurub. 

Son xəbərlər

Orphus sistemi