Respublika stadionunda ot örtüyünün təmirinə başlanıldı

Respublika stadionunda ot örtüyünün təmirinə başlanıldı "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü üçüntəmir işlərinə başlanılıb.
Futbol
27 Avqust , 2020 12:07
Respublika stadionunda ot örtüyünün təmirinə başlanıldı

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələlərində ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə təmir işlərinə başlanılıb. 

Bu barədə "Report"a mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib. O bildirib ki, meydanın saralmış hissələrinə toxum əkiləcək və həmin yerlər bərpa ediləcək: "Hazırda stadionda iş gedir, saralmış hissələrə yenidən toxum əkiləcək. Dünən təxminən gecə saat 12-də torpaq və toxum gətirilib. Bu gün səhər saatlarından isə işə başlanılıb. Əminəm ki, ot örtüyü III təsnifat mərhələsinədək tam hazır olacaq".

Qeyd edək ki, "Qarabağ" ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandasını 4:0, II raundda isə Moldova təmsilçisi "Şerif"i 2:1 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisinin III təsnifat mərhələsindəki rəqib avqustun 31-də olacaq, ölkə çempionunun matçınən evdə və ya səfərdə keçiriləcəyi püşkün nəticəsinə əsasən bilinəcək. 

Son xəbərlər

Orphus sistemi