Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub

Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında Bakının “Gənclik” futbol klubunun üzvü 13 yaşlı Məhəmmədəli Eqanov da olu
Futbol
26 Dekabr , 2024 18:00
Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında futbolçu da olub.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb

Dünyasını dəyişən 13 yaşlı Məhəmmədəli Eqanov Bakının “Gənclik” klubunda çıxış edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.

Son xəbərlər

Orphus sistemi