Tarik Elyunussi "Qarabağ" üçün "Molde"nin əsas sirlərini açdı

Tarik Elyunussi "Qarabağ" üçün "Molde"nin əsas sirlərini açdı "Molde" yaxşı komandadır. Heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var".
Futbol
11 Sentyabr , 2020 18:32
Tarik Elyunussi Qarabağ üçün Moldenin əsas sirlərini açdı
Tarik Elyunussi

"Molde" yaxşı komandadır. Heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var".

Bu fikirləri "Report"a eksklüziv açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi Ağdam klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi oyun barədə danışarkən deyib.

Mərakeş əsilli norveçli hücumçu Azərbaycan çempionunun ehtiyatlı oynamalı olduğunu bildirib: "Molde" 4-3-3 taktiki sxemi ilə oynayır. Yarımmüdafiə xəttində çıxış edən Maqnus Eykrem, Etzaz Hüssain kifayət qədər təhlükəli oyunçulardır. Həmçinin hücumçu Оhi Omoyjuanfonu xüsusi qeyd etməliyəm. Bu futbolçulara boş sahə vermək olmaz. Əks halda, "Qarabağ" üçün başağrısına çevrilə bilərlər".

Şansları da dəyərləndirən 32 yaşlı forvard "Qarabağ"ın 1 addım öndə olduğunu söyləyib: "Hər iki komanda topa sahib olmağı xoşlayır. Düşünürəm ki, meydanda açıq oyunun şahidi olacağıq. "Qarabağ"ın mərhələ keçmək şansı daha çoxdur".

Təcrübəli futbolçu daha əvvəl Bakıya təyin olunan matçın sonradan "Molde"nin istəyi ilə Kiprin Larnaka şəhərinə salınması qərarına isə münasibət bildirmək istəməyib.

Qeyd edək ki, 2017-ci ildə "Qarabağ"da çıxış etmiş Tarik Elyunussi bu komandanın heyətində cəmi 4 oyun keçirib. O, hazırda Yaponiyanın "Sönan Belmare" klubunun formasını geyinir.

Son xəbərlər

Orphus sistemi