Latviyanın "Dauqavpils" klubundan ayrılan Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Əskərovun yeni komandası bəlli olub.
Bu barədə "Report"a 34 yaşlı hücumçunun özü məlumat verib. Əskərov bildirib ki, Latviyanın digər komandası onu "Dauqavpils"dən transfer edib. Forvard yeni klubu ilə 1,5 illik müqavilə bağladığını söyləyib. Oyunçu transfer məbləği barədə məlumatının olmadığını deyib.
Elitada yer alan "Liepaya"ya Latviya millisinin və "Bakı"nın sabiq baş məşqçisi Aleksandr Starkov rəhbərlik edir. Komanda 17 oyundan sonra 23 xalla 9 kollektiv arasında 6-cı yerdədir.
Qeyd edək ki, Əskərovda 3 oyunda Azərbaycan millisinin formasını geyinib. Əsasən legioner həyatı yaşayan forvard "Sumqayıt", "Zirə" və "Araz Naxçıvan" komandalarında da çıxış edib.