“Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu təkrarlayıb

Futbol
  • 25 may, 2025
  • 09:46
“Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu təkrarlayıb

“Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu təkrarlayıb.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 2024/2025 mövsümündəki son oyununda, səfərdə “Səbail” üzərində böyükhesablı qələbə sayəsində reallaşıb.

4:1 hesabı ilə qalib gələn “gənclik şəhəri” təmsilçisi tarixində 5-ci dəfə rəqib meydanındakı çempionat matçında 3 top fərqi ilə üstün olub.

Sumqayıtın eyniadlı təmsilçisi səfərdəki bütün böyükhesablı qələbələrini eyni fərqlə əldə edib. Komanda əvvəlki mövsümlərdə “Kəpəz”i (2017/2018) 3:0, “Sabah” (2018/2019), “Səbail” və “Turan Tovuz”u (hər ikisi 2023/2024) eyni - 4:1 hesabı ilə məğlub edib.

“Kimyaçılar” həm də qələbəsiz oyunlar seriyasına son qoyub. XXVII turda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edən sumqayıtlılar IV dövrədə ilk dəfə qalib gəliblər. Bunadək 8 matçda qələbə qazanmayan komanda 2 heç-heçə edib və 6 dəfə uduzmuşdu.

Son xəbərlər

Bütün Xəbər Lenti