"Sumqayıt" - "Sabah" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib

"Sumqayıt" - "Sabah" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Futbol
29 mart 2025 21:03
Sumqayıt - Sabah oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Sabah" "Sumqayıt"ın qonağı olub.

Qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.

Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Ronaldo Vaskes, 46-cı dəqiqədə Bobir Abdixolikov, 88-ci dəqiqədə Momo Yansane fərqlənib.

Qonaqların qollarını 6-cı və 71-ci dəqiqələrdə Umarali Raxmonaliyev, 77-ci dəqiqədə Tellur Mütəllimov vurub.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb. 29 xalı olan "Sumqayıt" yeddincidir.

Günün ilk matçında "Neftçi" evdə "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.

Orphus sistemi