Bu gün Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matçda hesabı qonaqlar açıblar. 27-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani dəqiq zərbə ilə komandasını önə keçirib. "Gənclik şəhəri" təmsilçisinin heyətində Cavid İmamverdiyev avtoqol müəllifi olub. Qarşılaşmada son nöqtəni 90+5-ci dəqiqədə Səbuhi Abdullazadə qoyub.
Bu qələbədən sonra xallarını 14-ə çatdıran "Sumqayıt" yenidən liderliyə yüksəlib. "Sabah" isə 6 xalla 6-cı sırada qalıb.
Günün digər oyununda "Qarabağ" "Zirə"nin qonağı olacaq.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Səbail"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. "Neftçi" isə səfərdə "Keşlə"yə qalib gəlib - 1:0.