"Sumqayıt" Premyer Liqada 10-cu dəfə böyükhesablı qalibiyyət əldə edib
Futbol
- 11 mart, 2025
- 10:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sumqayıt" Azərbaycan Premyer Liqası tarixində 10-cu dəfə böyükhesablı qələbə qazanıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVI turda "Kəpəz"lə üv oyununa təsadüf edib.
Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib. "Gənclik şəhəri" təmsilçisi cari mövsüm çempionatda ilk dəfə böyükhesablı qalibiyyətə sevinib.
10 qələbədən 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb. “Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. Komanda səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.
Son xəbərlər
07:10
ABŞ Prezidenti İranla münaqişənin tezliklə başa çatacağını bildirib
Digər ölkələr
06:42
Tramp müttəfiqlərə sursat tədarükünün müvəqqəti dayandırıldığını açıqlayıb
Digər ölkələr
06:05
BMT-də Azərbaycanın işgəncələrə qarşı beynəlxalq müqavilələrə sadiqliyi diqqətə çatdırılıb
Xarici siyasət
05:48
BMT-nin Baş katibliyinə namizəd təşkilatda genişmiqyaslı islahatların aparılmasına çağırış edib
Digər ölkələr
05:16
ABŞ-də məktəbdə atışma baş verib, dörd nəfər həlak olub - yenilənib
Digər ölkələr
04:43
ABŞ-nin "George H.W. Bush" təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb
Digər ölkələr
04:09
BMT-də Azərbaycanın Cənub-Cənub əməkdaşlığına verdiyi önəmdən bəhs olunub
Xarici siyasət
03:18
Slovakiyada "Moxovtse" AES-nin yeni bloku enerji şəbəkəsinə qoşulub
Digər ölkələr
02:43
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub
Digər ölkələr