"Sumqayıt" - "Neftçi" matçındakı azarkeşlərin sayı açıqlanıb
Futbol
- 05 fevral, 2024
- 07:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasının XXI turunda keçirilmiş "Sumqayıt" - "Neftçi" matçını 8100 azarkeş tribunadan izləyib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.
Bunadək rekord X turun “Turan Tovuz” - “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Bu, arenada yenidənqurmadan sonra ilk qarşılaşma olub.
Son xəbərlər
05:46
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
Region
05:16
Tramp Lindsi Qrem qanununa əsasən Rusiyaya sanksiya tətbiq etməyib
Digər ölkələr
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:47
Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Region
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:18
Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb
Region