Millimizin futbolçusu Türkiyədə əməliyyat olundu

Millimizin futbolçusu Türkiyədə əməliyyat olundu "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov Türkiyənin İstanbul şəhərində əməliyyat olunub.
Futbol
10 İyun , 2021 16:01
Millimizin futbolçusu Türkiyədə əməliyyat olundu
Tellur Mütəllimov

Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov Türkiyənin İstanbul şəhərində əməliyyat olunub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, əməliyyatı uğurlu keçən 26 yaşlı yarımmüdafiəçi 1 həftədən sonra məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Tellur Mütəllimov ötən mövsüm "Sumqayıt"ın heyətində 25 oyunda ümumilikdə 2158 dəqiqə meydanda olub. O, həmin matçlarda 3 qol vurub.

Son xəbərlər

Orphus sistemi