"Sumqayıt" ekvadorlu yarımmüdafiəçi ilə müqavilə imzalayıb

"Sumqayıt" ekvadorlu yarımmüdafiəçi ilə müqavilə imzalayıb 2023/2024 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” yeni futbolçu ilə anlaşıb.
Futbol
22 Fevral , 2024 16:30
Sumqayıt ekvadorlu yarımmüdafiəçi ilə müqavilə imzalayıb

2023/2024 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” yeni futbolçu ilə anlaşıb.

"Report" xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Cordan Rezabala ilə müqavilə imzaladığını açıqlayıb.

23 yaşlı ekvadorlu yarımmüdafiəçi ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.

Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.

Son xəbərlər

Orphus sistemi