"Sumqayıt"dan ayrılan futbolçu "Səbail"ə keçib

Futbol
  • 09 avqust, 2019
  • 10:18
Sumqayıtdan ayrılan futbolçu Səbailə keçib

"Səbail" klubu heyətinə yeni futbolçu cəlb edib. 

"Report"un məlumatına görə, paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Adil Nağıyevlə əməkdaşlıq müqaviləsi imzalayıb. 24 yaşlı müdafiəçi sözləşməyə əsasən bir il "Səbail"də çıxış edəcək. 

Xatırladaq ki, "Sumqayıt" A.Nağıyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitab verib.