"Sportinq"in yarımmüdafiəçisi: "90 dəqiqə boyunca matça kökləndik"

Futbol
  • 30 noyabr, 2018
  • 06:33
Sportinqin yarımmüdafiəçisi: 90 dəqiqə boyunca matça kökləndik

Bakı. 30 noyabr. REPORT.AZ/ "Heç bir görüş asan olmur. Bu gün yaxşı oynadıq. 90 dəqiqə boyunca matça kökləndik. Hesabı erkən açdıq və ilk hissənin sonuna qədər daha 2 qol vura bildik. İkinci hissədə də yaxşı oyunumuzu davam etdirdik və qollar vurub matçın taleyini həll etdik". 

"Report" xəbər verir ki, bunu Portuqaliya "Sportinq"inin futbolçusu Nemanya Qudel Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra deyib. 27 yaşlı yarımmüdafiəçi Avropa Liqasındakı məqsədlərindən danışarkən, yeni baş məşqçi Marsel Kayzer haqda da fikirlərini bölüşüb: "Əlbəttə, finala qədər irəliləmək istəyirik. Əla komandamız var və yaxşı futbol nümayiş etdiririk. Yeni baş məşqçimiz bizdən qısa ötürmələrdən daha çox istifadə etməyimizi istəyir. O, topu itirdikdən sonra 5 saniyə içində geri almağımızı tələb edir. Vaxt keçdikcə daha da yaxşı olacağıq".

Qeyd edək ki, Nemanya Qudel "Qarabağ"la Bakıdakı qarşılaşmada sonadək meydanda olub.