İspaniya "Barselona"sının və Argentina yığmasının hücumçusu Lionel Messi son 10 illiyin ən yaxşı futbolçusu seçilib.
"Report"un Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, oyunçuların reytinqi quruma 150 üzv federasiyanın rəsmiləri arasındakı səsvermə nəticəsində tərtib olunub.
İkinci yeri İtaliya "Yuventus"unun və Portuqaliya millisinin forvardı Kriştianu Ronaldu tutub. Üçüncü pillədə isə İspaniya yığmasının və "Barselona"nın sabiq yarımmüdafiəçisi, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta qərarlaşıb.
"10-luğ"a Neymar (Braziliya, PSJ Fransa), Serxio Ramos (İspaniya, "Real Madrid"), Manuel Noyer (Almaniya, "Bavariya"), Robert Levandovski (Polşa, "Bavariya" Almaniya), Canluici Buffon (İtaliya, "Yuventus"), Zlatan İbrahimoviç (İsveç, "Milan" İtaliya) və Luka Modriç (Xorvatiya, "Real Madrid" İspaniya) da düşüb.