Slovakiya millisinə ilk dəfə dəvət alan hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə qazanacağımıza inanıram"

Slovakiya millisinə ilk dəfə dəvət alan hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə qazanacağımıza inanıram" Milli komandaya ilk dəfə dəvət aldığım üçün məmnunam. Lakin bununla kifayətlənməli deyiləm. Digər oyunçulara çatmaqdan ötrü oynamağa, məşq etməyə və çalışmağa davam etməliyəm.
Futbol
11 İyun , 2019 13:41
Slovakiya millisinə ilk dəfə dəvət alan hücumçu: Azərbaycanla oyunda yaxşı nəticə qazanacağımıza inanıram

"Milli komandaya ilk dəfə dəvət aldığım üçün məmnunam. Lakin bununla kifayətlənməli deyiləm. Digər oyunçulara çatmaqdan ötrü oynamağa, məşq etməyə və çalışmağa davam etməliyəm".

"Report" xəbər verir ki, bunu Slovakiyanın əsas millisinə ilk dəfə dəvət alan Lukaş Haraslin AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə matçdan öncə "Sport7.sk" saytına müsahibəsində deyib.

23 yaşlı hücumçu yoldaşlıq görüşündə İordaniyalı 5:1 hesabı ilə məğlub etdikləri oyunda ilk dəfə millinin formasını geyinməsi ilə əlaqədar yaxşı hisslər keçirdiyini söyləyib: "Qələbə qazandığımız üçün xoşbəxtəm. Oyun vaxtı stressli deyildim. Qarşılaşmanı səbirsizliklə gözləyirdim, çünki bu, ən üst səviyyədir. Çox məmnun qaldım və heç bir stress yaşamadım".

Polşanın "Lexiya" (Qdansk) komandasında çıxış edən oyunçu Azərbaycanda hava şəraiti ilə bağlı fikirlərini də söyləyib: "Ölkələr arasında sadəcə 2 saat fərq var. Bakıdakı hava isə bir az isti ola bilər. İlk məşqdə hava və vaxt dəyişikliyini çox hiss etmədik. Buna görə də isti havanın çox problem yaratmayacağını düşünürəm".

Haraslin Azərbaycan milli barədə də danışıb: "Rəqibi video görüntülərə baxaraq analiz etmişik. Onların güclü və zəif cəhətləri daxil olmaqla hər şeydən danışırıq. Güclü tərəflərini yox edəcəyimizə, zəif nöqtələrini öz xeyrimiz üçün dəyişəcəyimizə və yaxşı nəticə qazanacağımıza inanıram".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi