"Bizi çox yaxşı və güclü rəqib gözləyir. Hamımız bilirik ki, "Neftçi" güclü komandadır".
"Report"un məlumatına görə, bu fikirləri Şimali Makedoniyanın "Şkupi" komandasının qapıçısı Kristian Naumovski Bakıda "Neftçi" ilə qarşılaşacaqları Avropa Liqasının I təsnifat mərhələsinin matçından öncə klubun rəsmi saytına açıqlamasında deyib.
32 yaşlı qolkiper bildirib ki, rəqib elə də cəlbedici komanda deyil. O, 3-4 gün ərzində "Neftçi"ni analiz etdiklərini vurğulayıb: "İndi o matça köklənmişik. Bakıya gedəcəyik və əlimizdən gələni etməyə hazırıq. Start heyətdə və ehtiyat oyunçular skamyasnda kimin olacağı vacib deyil. Meydanda olan oyunçuların 90-95 dəqiqə hər şeyi verməsi vacibdir. Hər görüşdə qələbə qazanmaq istəyirik, "Neftçi", "Pelister" və ya "Vardar" olsun, bizim üçün rəqibin fərqi yoxdur".
Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.