"Neftçi"ni qələbəyə görə təbrik edirəm. Bu gün komandamız son 5-6 matça baxsaq ən yaxşı oyununu sərgilədi. Hesab edirəm ki, birinci hissədə rəqibdən daha üstün idik. Şanslardan yararlana bilmədik. Qırmızı vərəqə almağımız işimizi çətinləşdirdi. İkinci hissədə rəqib daha yaxşı idi. Nəticə də göz qabağındadır".
"Report" xəbər verir ki, bu fikirləri Şimali Makedoniyanın "Şkupi" komandasının baş məşqçisi Muarrem Bayrami UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
35 yaşlı mütəxəssis bildirib ki, etdiyi dəyişikliklər komandaya mənfi təsir göstərməyib: "Birinci dəyişiklik edəndə bilirdik ki, oyunçumuzun zərbələri yaxşıdır. "Neftçi'nin qapısında təhlükəli epizodlar yarada bilərdi. Qırmızı vərəqi isə məni başqa dəyişiklik etməyə məcbur etdi. İkinci hissəyə yaxşı başlamışdıq. İlk qolda adi səhvə yola verdik. "Neftçi" kimi komandalar belə epizodlarda rəqibi cəzalandırır. Onların yarımmüdafiə xətti çox güclüdür".
"Şkupi"nin baş məşqçisi: "Neftçi" səhvə görə bizi cəzalandırdı"
Futbol
27 Avqust , 2020
22:09
https://static.report.az/photo/00570f7c-96bf-321c-ad0c-7ec610d84066.jpg
Rus versiyası
Главный тренер "Шкупи": "Нефтчи" наказал нас за ошибку