Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri açıqlanıb

Futbol
  • 08 noyabr, 2016
  • 05:22
Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri açıqlanıb

Bakı. 8 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin IV turunda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakimlərinin adları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma fransalı hakimlər briqadasına həvalə olunub.

C qrupunda keçiriləcək matçın baş hakimi Klemen Turpindir.

Dünya çempionatı, seçmə qrup mərhələsi, C qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan

Baş hakim: Klemen Turpin

Yan xətt hakimləri: Nikolas Danos, Kiril Qrinqore

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa).