Avropa Liqasının finalında “Roma”nı məğlub edən “Sevilya” avrokubokların finallarında qələbə sayına görə “Mançester Yunayted” və “Atletiko Madrid”ə çatıb – hərəyə 8.
“Report” xatırladır ki, bu göstəriciyə görə “Real Madrid” mütləq rekordçu (28) olaraq qalır.
Qeyd edək ki, İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klublarının qarşılaşdığı Avropa Liqasının 2023/2024 mövsümünün final oyunu başa çatıb. Penaltilər seriyasında “Sevilya” 4:1 hesabı ilə qalib gəlib.
Matçın əsas vaxtında komandalar heç-heçəyə razılaşıblar - 1:1. Hesabı 35-ci dəqiqədə Paulo Dibala açıb. 55-ci dəqiqədə “Roma”nın müdafiəçisi Canluka Mançini topu öz qapısına göndərib.
Beləliklə, “Sevilya” tarixində yeddinci dəfə Avropa Liqasının (UEFA Kuboku) qalibi olub. Komanda sonuncu dəfə bu kuboka 2019/2020 mövsümündə yiyələnmişdi.