Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"

Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" "İtaliyaya qarşı pis oyunla, pis nəticə əldə etdik. Həyat davam edir. Təəssüflənmək əvəzinə işləməliyik. Uelsə yığmasına qarşı daha yaxşı oyun və nəticə əldə etməyi hədəfləyirik".
Futbol
15 İyun , 2021 17:48
Şenol Güneş: Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik
Şenol Güneş

"İtaliyaya qarşı pis oyunla, pis nəticə əldə etdik. Həyat davam edir. Təəssüflənmək əvəzinə daha çox işləməliyik. Uels yığmasına qarşı daha yaxşı oyun göstərməyi və nəticə əldə etməyi hədəfləyirik".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa Çempionatının A qrupunda Bakıda Uels seçməsinə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bildirib ki, son iki görüşdəki nəticələr qrupdan çıxmaq üçün kifayət edə bilər: "Daha yaxşı nəticələr gözləyirik. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Problemlərdən danışmaq əvəzinə həll yollarını tapmalıyıq. Hələ qrupdan çıxmaq şansımız var".

Güneş Bakıya gəldikləri üçün xoşbəxt olduqlarını sözlərinə əlavə edib: "Buradakı azarkeşlərə təşəkkür edirik. Stadionda hər şey qaydasındadır".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

Son xəbərlər

Orphus sistemi