Səhhəti pisləşən Mirça Luçesku xəstəxanaya yerləşdirilib
Futbol
- 29 mart, 2026
- 16:42
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Hazırda məşqçinin vəziyyəti stabildir. Lakin mövcud tibbi protokollara uyğun olaraq və hər hansı riskləri istisna etmək üçün Mirça Luçesku hərtərəfli müayinə və ixtisaslaşdırılmış nəzarət üçün paytaxtdakı xəstəxanaya çatdırılıb", - məlumatda bildirilib.
Portuqaliyanın "A Bola" qəzeti qeyd edib ki, 80 yaşlı Luçesku martın 31-də Slovakiya komandasına qarşı keçiriləcək yoldaşlıq oyunu ərəfəsində son məşqdən əvvəlki texniki müşavirə zamanı huşunu itirib. Nəşrin məlumatına görə, mütəxəssis ürəktutması keçirmiş ola bilər.
Son xəbərlər
11:49
Azərbaycan Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub
Futbol11:41
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
Xarici siyasət11:37
Xabarovskdakı qızıl yatağında uçqun olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Region11:36
Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib
Hadisə11:35
SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb
Energetika11:29
Video
Azərbaycanlı jurnalistlər Bişkekə gediblər
Xarici siyasət11:25
Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb
Futbol11:22
Novak Cokoviç 20 ildən sonra ilk dəfə "Böyük Dəbilqə"nin startında məğlub olub
Fərdi11:20