"Səbail" klubu legioneri ilə vidalaşıb

Futbol
  • 14 aprel, 2022
  • 15:01
Səbail klubu legioneri ilə vidalaşıb

"Səbail" futbolçusu Yurqen Qoxa ilə yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, albaniyalı müdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, "dənizçilər" ötən ilin avqustunda 30 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalamışdı.