“Səbail”in türkiyəli futbolçusu: “Samir Abasov karyeramda özəl yerə sahibdir” - MÜSAHİBƏ

“Səbail”in türkiyəli futbolçusu: “Samir Abasov karyeramda özəl yerə sahibdir” - MÜSAHİBƏ “Səbail”in futbolçusu Mert Çelik “Report”a müsahibə verib. Müdafiəçi müsahibəsində növbəti turda “Sumqayıt”a qarşı keçirəcəkləri matça hazırlıqdan danışıb, həmçinin komandanın hazırkı durumu haqqında fikirlərini bölüşüb. 24 yaşlı futbolçu sabiq klubu “Nef
Futbol
23 Oktyabr , 2024 16:02
“Səbail”in türkiyəli futbolçusu: “Samir Abasov karyeramda özəl yerə sahibdir” - MÜSAHİBƏ
Mert Çelik

“Səbail”in futbolçusu Mert Çelik “Report”a müsahibə verib. Müdafiəçi növbəti turda “Sumqayıt”a qarşı keçirəcəkləri matça hazırlıq, həmçinin komandanın hazırkı durumu barədə fikirlərini bölüşüb. 24 yaşlı futbolçu sabiq komandası “Neftçi”nin durumuna toxunmaqla yanaşı, Azərbaycanın əsas yığmasında oynamaq arzusunu da dilə gətirib.

- "Sumqayıt"la oyuna hazırlıqlarla bağlı nə deyə bilərsiniz? Ötən tur "Neftçi"yə məğlubiyyətdən sonra komandada ab-hava necədir?

- “Sumqayıt”la oyuna hər matça olduğu kimi yaxşı hazırlaşırıq. Bu oyun da bizim üçün əhəmiyyətlidir. Meydana qələbə üçün çıxacağıq.

- "Səbail" hələ ki, qənaətbəxş təsir bağışlamır. Komanda turnir cədvəlində 8-ci yerdədir. Buna səbəb nədir?

- Premyer Liqadakı durumumuzdan məmnun deyilik. Bu komanda daha yüksək pillələrdə yer almağı haqq edir. Daha çox çalışıb yüksək yerlərə qalxmaq lazımdır.

- Azərbaycan çempionatı ilə bağlı fikirləriniz necədir?

- Premyer Liqa artıq daha güclüdür və hər kəsin marağını cəlb edir. Hər zaman inkişaf etməkdə olan komandalar mövcuddur.

- Cari çempionatdakı rəqiblər haqqında nə düşünürsünüz? "Qarabağ"ın çempionluğa oynadığı məlumdur. "Səbail"in avrokubok şanslarını necə dəyərləndirirsiniz?

-”Qarabağ”ın Avropada hər zaman uğurlu çıxış etməsini ürəkdən istəyirəm. Çünki bizi də təmsil edirlər. “Səbail”ə gəlincə, daha çox çalışıb qarşımıza Avropada oynamaq hədəfi qoymalıyıq. Şansları yaxşı dəyərləndirməliyik.

- Sabiq klubunuz “Neftçi"də baş verən dəyişikliklərə münasibətinizi bilmək maraqlı olardı. Samir Abasovun gəlişindən sonra komandada hansı dəyişikliklər görünür?

- Samir Abasova uğurlar arzulayıram. Karyeramda özəl yerə sahibdir. Samir müəllim “Neftçi”yə çox yaraşır və ümid edirəm ki, uğur qazanacaq.

- Yenidən Azərbaycanın əsas yığmasına dəvət almaq potensialınızı necə dəyərləndirirsiniz?

- Əsas yığmada oynamaq üçün çox çalışıram. Dəvət alacağım halda milliyə yaraşan şəkildə performans göstərməliyəm. Bunu anlayıram və dəvət gözləyirəm.

- Yenidən Türkiyəyə qayıtmağı düşünürsüz? Yəni mövsümün sonunda və ya qış fasiləsində Azərbaycanı tərk etmək ehtimalınız var?

- Hazırda “Səbail”dən ayrılmaq ehtimalım yoxdur. Burada işimə köklənib komandaya əlimdən gəldiyi qədər dəstək göstərmək istəyirəm.

Son xəbərlər

Orphus sistemi