"Səbail"in qapıçısı: "Dünya çempionatına vəsiqə qazanmaq istəyirik"

"Səbail"in qapıçısı: "Dünya çempionatına vəsiqə qazanmaq istəyirik" "Daim milli komandanın üzvləri ilə danışıram. Komanda hər dəfə oynayanda mənə matçlar barədə məlumat verilir. Bu, mənim üçün çox vacibdir".
Futbol
15 Yanvar , 2021 10:05
Səbailin qapıçısı: Dünya çempionatına vəsiqə qazanmaq istəyirik
Nikolas Hagen

"Daim milli komandanın üzvləri ilə danışıram. Komanda hər dəfə oynayanda mənə matçlar barədə məlumat verilir. Bu, mənim üçün çox vacibdir".

"Report" xəbər verir ki, bu fikirəri "Səbailin"in qapıçısı Nikolas Hagen "Emisoras Unidas" nəşrinə açıqlamasında deyib.

"Səbail"in düşərgəsində olduğu üçün Qvatemala yığmasına dəvət almayan 25 yaşlı qolkiper bildirib ki, hər zaman həmkarlarına dəstək olmağa hazırdır.

O, martda DÇ-2022-nin seçmə mərhələsində Britaniya Virgin Adaları, Kürasao və Kuba ilə görüşlərdə komandaya qoşulacağına ümid edir: "Həmin matçları birlikdə qazanmalıyıq. Bütün dünya koronavirusla mübarizə aparır. Hazırda mürəkkəb mərhələdə, həyatla ölüm arasındayıq. Dünya çempionatına vəsiqə qazanmaq istəyirik. Bunu bacarmaq üçün mübarizə aparmalıyıq".

Qeyd edək ki, Nikolas Hagen 2020-ci ilin sentyabrında "Səbail"ə keçib.

Son xəbərlər

Orphus sistemi