“Səbail”in futbolçusu üçün 2023-cü il bitib
Futbol
- 18 oktyabr, 2023
- 08:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Səbail”in futbolçusu Cabir Əmirli üçün 2023-cü il bitib.
Bu barədə “Report”a klubun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
O bildirib ki, oktyabrın 13-də məşq zamanı dizindən zədə alan və Türkiyədə əməliyyat olunan 26 yaşlı müdafiəçi mövsümün ikinci dövrəsinə hazır olacaq: “Cabir Əmirli menisk əməliyyatı keçirib. Təxminən 2 aydan sonra məşqlərə başlayacaq. Qış təlim-məşq toplanışında kollektivə qoşulması gözlənilir”.
Qeyd edək ki, Cabir Əmirli cari mövsümün ilk dövrəsində 9 oyunun hamısında iştirak edib.
Son xəbərlər
08:49
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
Digər ölkələr
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr