Bakı.11 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda mart ayının ən gözəl qolunun müəllifi müəyyənləşib.
“Report”un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istiandən verdiyi məlumata görə, idman jurnalistləri, azarkeşlər və PFL əməkdaşları arasında keçirilən sorğunun nəticəsinə əsasən “Səbail”in oyunçusu Orxan Qurbanlının qolu ən yaxşı seçilib.
Azarkeşlərin seçimində onun, jurnalistlərin seçimində isə Raul Yaqubzadənin qolu ən yaxşı adına layiq görülüb. Jurnalistlərlə azarkeşlərin seçimi üst-üstə düşmədiyindən, qaydalara əsasən PFL səsvermə hüququndan istifadə edib. Əməkdaşlar arasında keçirilən sorğunun nəticəsində O.Qurbanlı daha çox səs toplayıb.
Qeyd edək ki, nəzərdə tutulan xüsusi mükafat O.Qurbanlıya I Divizionun XXV turunun “Zaqatala” – “Səbail” oyunundan öncə təqdim olunacaq.