"Səbail"in baş məşqçisi: "Qələbəyə layiq oyun göstərsək də, 1 xal qazandıq"
Futbol
- 08 fevral, 2022
- 17:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qələbəyə layiq oyun göstərsək də, 1 xal qazandıq. Çempionat gərgin keçəcək".
"Report"un məlumatına görə, bunu "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyev evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
41 yaşlı mütəxəssis meydana xal qazanmaq üçün çıxdıqlarını bildirib: "Təəssüf ki, qalib gələ bilmədik. Oyunlar göstərir ki, çempionat gərgin keçəcək".
O, komandasından böyük gözləntilər olmadığını söyləyib: "Heyətə baxanda da bunu görmək olar. Amma oyunumuzla azarkeşlərimizi sevindirməyə çalışırıq. Daha çox gənclərə şans veririk. Qarşımıza hər hansı vəzifə qoyulmayıb. Mübariz komanda formalaşdırmalıyıq".
Son xəbərlər
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika
23:01
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib
Region
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda
22:30
Foto
Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı bütün dövrlərin ən yaxşısı seçilib
Futbol