"Şamaxı" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
  • 22 iyun, 2022
  • 08:43
Şamaxı klubunun yeni baş məşqçisi bəlli olub
Cavid Hüseynov

"Şamaxı" futbol komandasının yeni baş məşqçisi bəlli olub.

"Report"un məlumatına görə, bölgə klubu hazırda Region Liqası təmsilçisi "Cəbrayıl"a rəhbərlik edən Cavid Hüseynova tapşırılıb.

34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Hüseynov bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək. Onun təyinatı UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək.

Qeyd edək ki, "Cəbrayıl" ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub. Komanda UEFA Region Kubokunun ilkin mərəhələsinin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə Şamaxıda qarşılaşacaq.