Şahrudin Məhəmmədəliyev: "Qarabağ" büdcəsinə görə Rusiyada ilk "10-luğ"a düşə bilməz"

Şahrudin Məhəmmədəliyev: "Qarabağ" büdcəsinə görə Rusiyada ilk "10-luğ"a düşə bilməz" "Rusiyada böyük məvacib mövcuddur"
Futbol
1 İyun , 2023 12:29
Şahrudin Məhəmmədəliyev: Qarabağ büdcəsinə görə Rusiyada ilk 10-luğa düşə bilməz

"Onqat Azərbaycan çempionu (red - "Qarabağ") büdcəsinə görə Rusiya Premyer Liqasında ilk "10-luğ"a düşə bilməz".

"Report" xəbər verir ki, bunu "Qarabağ" və Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev "Championat" nəşrinə müsahibəsində deyib.

29 yaşlı qolkiper iki liqa arasında yetəri qədər maaş fərqinin olduğunu bildirib: "Büdcəsi az olan "Sumqayıt" və "Səbail"lə yox, "Qarabağ"la müqayisə aparıram. Rusiyada böyük məvaciblər mövcuddur. Azərbaycan futbolunda isə qat-qat az pul var. Hətta Rusiya Birinci Liqasında "Rubin" və "Arsenal" (Tula) kimi çox ciddi büdcəsi olan klubların adlarını çəkə bilərəm".

Məhəmmədəliyev 2013-cü ildə Şahdağda çıxış edərkən maaşının 450 manat olduğunu da sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi