"Sabah" "Kəpəz"lə heç-heçə edib
Futbol
- 09 noyabr, 2024
- 17:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XIII turunda "Sabah" "Kəpəz"lə heç-heçə edib.
"Report" xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.
Hesabı qonaqlar açıb. 4-cü dəqiqədə Orxan Əliyev dəqiq zərbə müəllifi olub. 32-ci dəqiqədə o, növbəti dəfə adını tabloya yazdırıb. O.Əliyev bu dəfə avtoqolla yadda qalıb. 73-cü dəqiqədə Kahim Parris "bayquşlar"ı hesabda irəli çıxarsa da, final fitinə 1 dəqiqə qalmış Nicat Süleymanov qərb təmsilçisini məğlubiyyətdən xilas edib.
Turnir cədvəlində "Sabah" 18 xalla beşinci, "Kəpəz" isə 7 xalla sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" (2:2) ilə, "Səbail" isə "Turan Tovuz"la (1:1) heç-heçə edib.
Son xəbərlər
20:57
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Region
20:47
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
Region
20:44
Foto
Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub - Yenilənib
Region
20:42
Avropa Siyasi Birliyinin Sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi ölkəyə olan etimadın göstəricisidir
Digər ölkələr
20:42
Foto
Video
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub - Yenilənib
Xarici siyasət
20:39
FIBA Avropa Kuboku: "Gəncə" basketbol komandası Türkiyə təmsilçisinə uduzub
Komanda
20:27
Şimali Makedoniya Prezidenti: Azərbaycan Avropada enerji böhranının həllində mühüm rol oynayır
Xarici siyasət
20:23
Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib
Digər ölkələr
20:18
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
Xarici siyasət