“Sabah”ın baş məşqçisi Rusiya klubunun təklifini rədd edib
Futbol
- 11 aprel, 2023
- 05:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya klubu “Rubin”in təklifini rədd edib.
“Report”un “Sport-Express” nəşrinə istinadən məlumatına görə, baş məşqçi dəyişikliyinə hazırlaşan Kazan təmsilçisi bir neçə mütəxəssislə danışıq aparıb ki, onlardan biri də Musayev olub.
Lakin 40 yaşlı mütəxəssis dərhal təklifə “yox” cavabını verib. O, mövsümün gedişində komandasını dəyişmək fikrində olmadığını bildirib.
İndiki baş məşqçi Yuri Utkulbayevlə yollarını ayırmağa hazırlaşan “Rubin”in bu posta əsas namizədi Kurban Berdiyevdir.
Qeyd edək ki, Rusiya Milli Futbol Liqasında (FNL) 26 turdan sonra 47 xalla ikinci pillədə qərarlaşan “Rubin” Premyer Liqaya qayıtmağa iddia edir.
Son xəbərlər
16:52
Azərbaycan Xəzərin ekosisteminin qorunması üçün birgə səylərə çağırıb
Region
16:49
Lənkəranda avtomobilin vurduğu 10 yaşlı uşaq xəstəxanada ölüb
Hadisə
16:43
Azərbaycanda qanunsuz balıq ovuna qarşı reyd keçirilib
ASK
16:43
Azərbaycanın boks millisi Dünya Kubokunun final mərhələsində iştirak edəcək
Fərdi
16:38
Sabah Şahbuzda işıq kəsiləcək
Energetika
16:36
Milli Məclisin növbəti iclasında 8 məsələ müzakirə ediləcək - Yenilənib
Milli Məclis
16:32
Foto
Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb
Ekologiya
16:29
Foto
Azad edilmiş ərazilərdə 15 bağça istifadəyə verilib
Elm və təhsil
16:29
Bakının Qızıldaş qəsəbəsində KES tikintisinə torpaq sahəsi ayrılıb
Energetika