"Sabah" ikinci yoxlama oyununda da uduzub

Futbol
  • 26 iyul, 2022
  • 17:27
Sabah ikinci yoxlama oyununda da uduzub

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Bakı klubu Kiprin Yüksək Liqasında çıxış edən "Atrikas Xlorakas"la qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan təmsilçisindən qolları Davit Volkov və Anatoli Nuriyev vurublar.

Qeyd edək ki, "Sabah" ilk yoxlama görüşündə İsrailin "Hapoel" (Hadera) klubuna uduzub - 0:1.

44 filmi