"Sabah"dan kənarlaşdırılan futbolçularla bağlı qərar verildi

"Sabah"dan kənarlaşdırılan futbolçularla bağlı qərar verildi "Sabah"ın klubunun heyətdən kənarlaşdırdığıŞakir Seyidov,Emil Qasımov və Elçin Mustafayev məşqlərə başlayıb.
Futbol
19 Avqust , 2020 18:12
Sabahdan kənarlaşdırılan futbolçularla bağlı qərar verildi

"Sabah"ın əsas heyətindən kənarlaşdırılan futbolçular Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev sabahdan əvəzedici komanda ilə məşqlərə başlayacaqlar.

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hər üç oyunçunun ikinci komanda ilə hazırlaşmasında heç bir problem yoxdur.

Azərbaycanın U-21 yığmasının üzvləri olan Seyidovla Qasımov özləri də "Report"a məlumatı təsdiqləyiblər. Onlar deyiblər ki, klubla müqavilələri var və rəhbərliyin verdiyi qərarlara hörmətlə yanaşırlar: "Biz peşəkar futbolçularıq, əvəzedici heyətə göndərilmişiksə, gedib məşqlərimizi edəcəyik. Çünki qarşıda U-21-in matçları var. Amma istərdik ki, məsələ həll edilsin və əsas komandanın hazırlıq prosesinə qoşulaq".

Qeyd edək ki, "Sabah" rəhbərliyi 3 illik yeni müqavilə təklifini qəbul etmədikləri üçün sözügedən oyunçuları əsas komandadan kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi