Rusiyalı məşqçi mərc etdiyi üçün futboldan uzaqlaşdırılıb

Futbol
  • 26 iyul, 2022
  • 13:20
Rusiyalı məşqçi mərc etdiyi üçün futboldan uzaqlaşdırılıb

Rusiyanın "Volqar" klubunun keçmiş məşqçisi Eduard Uçurov 5 il müddətinə futboldan uzaqlaşdırılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Etika Komitəsi qərar verib.

43 yaşlı mütəxəssis futbol oyunlarına mərc edərkən yaxalanıb.

Qeyd edək ki, Eduard Uçurov son olaraq "Metallurq"da idman direktoru vəzifəsində çalışıb.