Rusiyada dünya çempionatı üçün tikilən stadion istifadəyə verilib

Rusiyada dünya çempionatı üçün tikilən stadion istifadəyə verilib Bakı. 28 fevral. REPORT.AZ/ Rusiyadakı Yekaterinburq Arena stadionu futbol üzrə 2018-ci il dünya çempionatı üçün istifadəyə verilib.
Futbol
28 Fevral , 2018 12:04
Rusiyada dünya çempionatı üçün tikilən stadion istifadəyə verilib

Bakı. 28 fevral. REPORT.AZ/ Rusiyadakı "Yekaterinburq Arena" stadionu futbol üzrə 2018-ci il dünya çempionatı üçün istifadəyə verilib.

"Report" xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin İnformasiya siyasəti departamenti məlumat yayıb. Yeni stadionda ilk oyunun aprelin 1-də keçirilməsi nəzərdə tutulub. 35 min tamaşaçı tutumuna malik arenada, həmçinin, əlil insanların oyunları izləməsi üçün də şərait yaradılıb.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək. "Yeketerinburq Arena"da 4 oyun olacaq. İyunun 15-də Misir - Uruqvar, iyunun 21-də Fransa - Peru, iyunun 24-də Yaponiya - Seneqal və iyunun 27-də Meksika - İsveç matçları bu stadionda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi