Rumıniya “Universitatya”sı UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Səbail” komandası ilə keçirəcəyi oyunlar heyətini açıqlayıb.
“Report” Krayova təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Korneliu Papure siyahıya 27 futbolçu – 3 qapıçı, 10 müdafiəçi, 7 yarımmüdafiəçi və 7 hücumçu daxil edib. Onlardan 8-i legionerdir.
Qapıçılar: Mirko Pilyatselli (İtaliya), Laurentsiu Popesku, Andrey Marinesku
Müdafiəçilər: Nikuşor Banku, Stefan Akka (Kot dİvuar), Florin Bornya, Marius Briçaq, Tyaqo Ferreyra (Portuqaliya), Florin Qardoş, Raul Hrenyuk, Renato Keliç (Xorvatiya), İvan Martiç (İsveçrə), Ştefan Vledoyu
Yarımmüdafiəçilər: Aleks Sikaldeu, Antoni İvanov (Bolqarıstan), Aleksandru Mateyu, Kamer Qaka (Albaniya), Marian Şerban, Boqdan Vetejelu, Vasile Konstantin
Hücumçular: Aleksandru İonitse, Raul Bayku, Kristian Barbux, Karlos Fortes (Portuqaliya), Valentin Mixayla, Mixay Roman, Ştefan Bayram
Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya Krayova” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.