Rövnəq Abdullayev: "Məğlubiyyətdən kim razı qalar?"

Rövnəq Abdullayev: "Məğlubiyyətdən kim razı qalar?" "Heyətdəkilərin bir çoxu yeni oyunçular idi"
Futbol
106
23 Mart , 2018 22:14
Rövnəq Abdullayev: Məğlubiyyətdən kim razı qalar?

Bakı. 23 mart. REPORT.AZ/ "Normal oyun oldu. Baş məşqçi Qurban Qurbanov komandanı sınaqdan çıxardı. Heyətdəkilərin bir çoxu yeni oyunçular idi".

Bunu "Report"a açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan və Belarus yığmaları arasındakı yoldaşlıq görüşünü dəyərləndirərkən deyib.

R.Abdullayev yığmanın 0:1 hesablı məğlubiyyətindən razı qalmadığını bildirib: "Düzdür, bu, rəsmi oyun deyildi. Amma uduzmaqdan kim razı qalar?"

AFFA prezidenti Millətlər Liqasının final mərhələsində Ermənistanla qarşılaşma ehtimallarına isə belə reaksiya verib:

"Bu barədə danışmaq hələ tezdir. Finala çıxaq, sonra danışarıq. Arxı keçməmiş hop deməzlər".

Orphus sistemi