Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürməyəcək

Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürməyəcək AFFA-nın prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcək.
Futbol
1 Mart , 2024 15:46
Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürməyəcək

AFFA-nın prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki Konfransında namizədliyini irəli sürməyəcək.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, bu barədə Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bildirib.

Toplantıda bir neçə məsələ müzakirə olub və qərarlar qəbul edilib:

1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;

2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilən futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

- İsmayıl Əliyev

- Esmiralda Ələkbərova (həkim)

- Gəray Qarayev

- İqor Ponomaryov

- Vaqif Sadıqov

- Maşallah Əhmədov

Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.

Son xəbərlər

Orphus sistemi